Kapital artımı səhmdar cəmiyyətin dövriyyəyə olan səhmlərinin sayının artırılması hesabına baş tutacaq
“Azərişıq” ASC-nin nizamnamə kapitalı 133 926 218 manat və yaxud 9,17% artırılaraq 1 460 633 532 manatdan 1 594 559 750 manata çatdırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu məqsədlə qurumun dövriyyədə olan 2 manat nominal dəyərə malik səhmlərinin sayı 730 316 766-dan 797 279 875-ə qədər artırılacaq.