“Azərişıq” ASC “İtes Company” QSC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərişıq” ASC-nin Binəqədi rayonu, 220/110 kV-luq “Böyükşor” yarımstansiyasından Nərimanov rayonu 110/35/6 kV-luq 203 saylı yarımstansiya arasında 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5 686 376 manatdır.