“Azərişıq” ASC “İtes Company” QSC ilə 3.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağcabədi rayonu, Pərioğlanları və Hacıbədəlli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 475 628 manatdır.