“Azərişıq” ASC “AS Texnika” MMC ilə təxminən 5 milyon manatlıq 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2.208.698 manatdır.
Məbləği 2.538.356 manat olan 2-ci müqavilədə isə müxtəlif gücdə elektrik cərəyanın ani zaman cərcivəsində idarə olunması üçün mal-materialların satın alınması nəzərdə tutulur.