9 C
Baku
Sunday, November 17, 2024

“Azərişıq” ASC-yə 5 min manatadək cərimə protokulu yazılıb

“Azərişıq” ASC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalardır.

Belə ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.

Bildirək ki, həmin maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər