21 C
Baku
Saturday, November 2, 2024

“Azərişıq” daha 6 xidməti elektronlaşdırdı

“Azərişıq” ASC 6 yeni elektron xidmət təqdim edib. Elektronlaşdırılan xidmətlər sırasına:

– Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu

– Əhali və Qeyri-Əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət

– Elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri

– İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi

– Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu

– Yük hesabatının hesablanması

Xidmətlərdən yararlanmaq üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, indiyədək qurum tərəfindən 6 elektron xidmət göstərilirdi. İndiyədək mövcud olan elektron xidmətlər sırasına, abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması daxil idi.

Vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə qurum tərəfindən göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.

Xatırladaq ki, bu günə ümumilikdə qurum tərəfindən Asan Xidmət mərkəzlərində vətəndaşlara 18 xidməti göstərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər