“Azərişıq” Göygöldə yeni yarımstansiyanın tikintisinə 26.4 milyon manat ayırdı

“Azərişıq” ASC Göygöl rayonunda yeni yarımstansiyanın tikintisi ilə bağlı milyonluq satınalma həyata keçirib.

Banker.az xəbər verir ki, satınalmanın qalibi “Smart Energy Services” MMC olub.

Müqaviləyə əsasən, Göygöl rayonu ərazisində 2×40 MVA gücündə yeni 110/35/10 kV-luq yarımstansiya və idarəetmə mərkəzi tikiləcək, avadanlıqlar quraşdırılacaq, həmçinin 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma işləri görüləcək.

Layihənin ümumi dəyəri 26 milyon 478 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər