“Azərişıq” ASC Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.
LOT-1 Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması
İştirak haqqı – 750 manatdır.