“Azərişıq” ASC “Enerji Construction” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kəlbəcər rayonu, Alagöllər yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 928 216 manatdır.