“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Masallı rayonu Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur. Müqavilənin dəyəri isə 4 127 988 manatdır.
2-ci müqavilədə isə Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Çünzəli, Qaraağac, İncilli, Xəlilabad kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 2 601 896 manatdır.
2 müqavilənin cəmi məbləği isə 6 729 883 manatdır.