“Azərişıq” ASC “Everest Tikinti” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağdam rayonu, Mərzili kəndi ərazisində yerləşən “Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzi”nin elektrik təchizatı nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 313 345 manatdır.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndi ilə yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb.