10 C
Baku
Thursday, December 12, 2024

“Azərişıq” vergi borcu olan şirkətə 4 mln. manatlıq tender verdi

“Azərişıq” ASC “Admiral-2012” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə İsmayıllı rayonu, Basqal qəsəbəsi, “Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruğu” elektrik təchizatı məqsədilə görüləcək işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 955 794 manatdır.

Qeyd edək ki, “Admiral-2012” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Muradovdur. Şirkətin dövlətə 12 038 manat vergi borcu var.

Son xəbərlər
Digər xəbərlər