“Azərişıq” ASC “Qara-Çuxur İnşaat 2016” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İmişli rayonu, Qaravəlli və Mirili kəndləri ərazisində 10 kV-luq hava xəttinin, 100/160/250/400 kVA gücündə 10/0,4 kV-luq KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 888 544 manatdır.