10 C
Baku
Friday, December 13, 2024

“Azərişıq”dan iki şirkətə 27 milyon manatlıq sifariş

“Azərişıq” ASC iki şirkətlə 27.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Azərişıq” ASC tərəfindən 2023-cü il iyulun 18-də Tovuz rayonu ərazisində 110/35/10 k9 “Tovuz Şəhər” yarımstansiyasının 2×25 M9A gücündə yenidən qurulması və giriş-çıxış xətlərinin köçürülməsi işlərinin satın alınması üçün açıq tender üsulu ilə keçirilmiş müsabiqədə tender komissiyasının qərarına əsasən “Enerji Construction” QSC qalib elan olunmuşdur.

Qalib təşkilatla ƏDV daxil olmaqla 12 331 466,47 manat məbləğində müvafiq podrat müqaviləsi imzalanıb.

“Azərişıq” ASC tərəfindən 2023-cü il iyulun 17-də Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 k9-luq 2×10 M9A gücündə “Karxana” yarımstansiyasının 110/35/6 k9-luq
2×40 M9A gücündə yenidən qurulması və 110 k9-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması üçün açıq tender üsulu ilə keçirilmiş müsabiqədə tender komissiyasının qərarına əsasən “Smart Energy Services” MMC qalib elan olunub.

Qalib təşkilatla ƏDV daxil olmaqla 14,987,836.45 məbləğində müvafiq podrat müqaviləsi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər