9 C
Baku
Friday, December 13, 2024

“Azərişıq”ın gəlirləri artsa da, xalis mənfəəti kəskin azalıb – 1.6 mlrd. gəlirə qarşı 15 mln. manat xalis mənfəət!

Azərbaycanda elektrik enerjisinin pərakəndə satışını həyata keçirən dövlət şirkəti “Azərişıq” ASC-nin 2023-cü ildə bir sıra inzibati və maliyyə xərclərinin artması hesabına xalis mənfəəti azalıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilib. Hesabatı KPMG aparıb.

Hesabata əsasən, gəlirlər illik müqayisədə 5 faiz artımla 1 milyard 619 milyon manata yüksəldiyi halda, satışın maya dəyəri 4 faizdən çox artaraq 1 milyard 379 milyon manat təşkil edib.

Bununla da ümumi mənfəətin həcmi 239.5 mln. manat təşkil edib. Məsələn, bu öncəki il – 2022-ci ildə 221.6 mln. manat idi.

Beləliklə bütün gəlirlər və xərclər fərqindən sonra “Azərişıq” 14.73 mln. manat xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 56.26 mln. manat idi.

Bu xalis mənfəətdən sonra yığılmış zərərin həcmi 298.61 mln. manat təşkil edib.

111111

Son xəbərlər
Digər xəbərlər