6 C
Baku
Saturday, December 14, 2024

“Azəristiliktəchizat” 1,4 milyonluq tenderi bu şirkətə həvalə etdi

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət “MetaK” MMC ilə 1,4 milyon manatlıq müqavilə imzalayıb.

Banker.az-ın xəbərinə görə, müqavilədə qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrli (tikişsiz) boru və aksesuarların satınalınması nəzərdə tutulub.

Müqaviləyə görə, “Azəristiliktəchizat”  Metak-a 1380185.23 manat ödəməli olacaq.

Xatırladaq ki, “Metak” şirkəti fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər