14 C
Baku
Friday, November 15, 2024

“Azəristiliktəchizat”  25 milyon borcu nə vaxt ödəyəcək?

“Azəristiliktəchizat” ASC tərəfindən istehlak edilmiş qazın dəyərinin tam ödənilməsi üçün bütün zəruri tədbirlər görülməkdədir.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı təmsil etdiyi qurumun “Azəriqaz” İB-yə olan borcu ilə bağlı açıqlama verərkən bildirib.

“Eyni zamanda hazırda “Azəriqaz” İB ilə iqtisadi münasibətlər zəminində yaranan öhdəliklərin dəqiqləşdirilməsi aparılır və hər iki müəssisənin rəhbərliyi arasında bununla bağlı prinsipial razılıq əldə edilib. Bu məsələ daima dövlətimizin və müvafiq qurumların diqqət mərkəzindədir. Əminik ki, vaxtında optimal və səmərəli həllini tapacaq”, – mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, artıq bir neçə ildir ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a olan borcu artmaqdadır. Son məlumata görə, hazırda qurumun “Azəriqaz”a olan borcu 25 milyon manatdır. Borc qalmaqalı səbəbindən müxtəlif vaxtlarda istilik verilməsi gecikib.

 

 

Son xəbərlər
Digər xəbərlər