“Azəristiliktəchizat” ASC 2019-cu il dekabrın 31-də bitən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Banker.az bu barədə Cəmiyyətin verdiyi elana istinadən xəbər verir.
Kotirovka təklifləri “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli ünvanda 20 may 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Azəristiliktəchizat – 2005-ci ildə təsis edilib, 136,69 mln. manat nizamnamə kapitalı vardır.