25 C
Baku
Sunday, April 28, 2024

“Azəristiliktəchizat” bu il üçün qaza olan tələbatını açıqlayıb

Bu il “Azəristiliktəchizat” ASC təqribən 31-32 milyon manat dəyərində təbii qaz işlədəcəyini planlaşdırır.

Bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

“Bu gün bizim əlimizdə olan resurslarla təqribən bunun 28 milyon manatını ödəyəcəyik. Ortada yaranan 4 milyon manatlıq kəsirin noyabra qədər bağlanması üzərində işləyirik. Bunun hansı formada olacağı, əlavə subsidiya hesabına, yoxsa bizim qənaətimiz hesabına olacağını, yaxud başqa xərclərimizi kəsib bu borcu ödəyəcəyimizi hələ bilmirik.

Hələ ki, hesablaşmalar aparırıq. Maliyyə resursları öyrənilir, istiqamətlər dəqiqləşdirilir. Əvvəllər noyabr ayı başlayanda 35-40 milyon manat borcumuz olurdusa, bu il o qədər olmayacaq. Hər ay 2-3 milyon manat ödəyib noyabra qədər bu borcu tam bağlayacayıq”,- İ. Mirzəliyev qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər