14 C
Baku
Saturday, November 16, 2024

“Azəristiliktəchizat” ilin sonunda “Azəriqaz”a olan borcunu yekunlaşdıracaq

Bu il “Azəriqaz”la bağlı heç bir problem olmayacaq.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, bu il üçün borcun 90 faizi ödənilib və yaxın zamanda qalıq borc da ödəniləcək.

“Bu ilin sonunda “Azəriqaz”a olan borcumuz yekunlaşacaq”.

Qurum rəsmisi qeyd edib ki, “Azəristiliktəchizat” tam kommersiya müəssisəsi deyil. Qurumun sosial məsuliyyəti də var. Buna görə dövlətin maliyyə dəstəyi vacibdir. Bu olmasa, xidməti tam təşkil etmək olmaz.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər