10 C
Baku
Thursday, December 12, 2024

“Azəristiliktəchizat” “Kombi” və “Kaskad” tipli istilik sistemlərinin istehsalına başlayıb

“Azəristiliktəchizat” ASC “Modul” tipli daşınan istilik qazanxanasının və “Kombi” və “Kaskad” tipli istilik sistemlərinin istehsalı və quraşdırılmasına başlayıb.

Bunu jurnalistlərə açıqlamasında ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, modul tipli qazanxanaların yaxın 3-5 il ərzində ölkənin istənilən yerində quraşdırılması mümkün olacaq.

“Qeyd edim ki, əsas problemlər bu gün Bakı şəhərin özündədir. Belə ki, layihə çərçivəsində nəzərdə tutulan bütün binaların mərkəzi sistemə qoşulması tam mümkün deyil. Bu gün 300-ə yaxın bina hələ də tam qoşulmayıb. Bu, bir sıra texniki problemlərlə bağlıdır ki, biz bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə və digər aidiyyəti orqanlarla aradan qaldırılması üçün tədbirlər görülməkdədir”, – deyə İ. Mirzəliyev qeyd edib.

Qeyd edək ki, ASC-nin mütəxəssisləri tərəfindən “Modul” tipli daşınan istilik qazanxanasının və “Kombi” və “Kaskad” tipli istilik sistemlərinin tətbiqi ilə bağlı texniki əsaslandırma hazırlanıb. Bu qazanxanalar orta və kiçik həcmli təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər