19.2 C
Baku
Saturday, May 17, 2025

“Azəristiliktəchizat”: Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur

Azərbaycanın yaşayış fondu təxminən 230 milyon kvadratmetr təşkil edir ki, bunun da təxminən 90 %-i, yəni 204 milyon kvadratmetri istiliklə təmin olunur.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Bundan başqa, o qeyd edib ki, Azərbaycanda hazırda istifadə olunan təbii qazın təxminən 70 %-i, yəni 2,7 milyard kubmetri istilik məqsədlərinə sərf olunur

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər