Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan profilaktik və texniki tədbirlərlə əlaqədar olaraq “Azəristiliktəchizat”ın 956 “Çağrı Mərkəzi” müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Banker.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.
Bildirilib ki, müvəqqəti fasilə zamanı vətəndaşların müraciətləri
“Azəristiliktəchizat” ASC-nin rəsmi sosial şəbəkə hesabları vasitəsilə cavablandırılacaq.