Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan profilaktik və texniki tədbirlərlə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin 956 “Çağrı Mərkəzi” müvəqqəti fəaliyyət göstərməyəcək.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, müvəqqəti fasilə zamanı vətəndaşların müraciətləri “Azəristiliktəchizat”ın sosial şəbəkə hesabları vasitəsilə cavablandırılacaq.