8 C
Baku
Monday, November 18, 2024

“Azəristiliktəchizat”ın yığılmış zərəri ₼118 milyonu ötüb

31 dekabr 2023-cü il tarixinə “Azəristiliktəchizat” ASC -nin yığılmış zərəri 118 milyon 210 min manat olub. Ötən ilin eyni dövründə ASC-nin yığılmış zərəri 108 milyon 416 min manat olub ki, bu da illik müqayisədə 9% çoxdur.

Banker.az bu barədə “Azəristiliktəchizat” ASC -nin 2023-cü il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir.

Belə ki, şirkət 2023-cü ili 9 milyon 794 min manat zərərlə başa vurub. Bu ilin yanvar ayının 1-nə  “Azəristiliktəchizat”ın cəmi aktivləri 154 milyon 396 min manat, cəmi öhdəlikləri 77 milyon 703 min manat, cəmi kapitalı isə 76 milyon 693 min manat təşkil edib.

Qeyd edək ki, Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.

Son xəbərlər
Digər xəbərlər