9 C
Baku
Thursday, December 12, 2024

“Azəristiliy”in “Azəriqaz”a 41 milyon manat borcu yaranıb

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi”nə bu il üzrə mövsümü borcu 41 milyon manat təşkil edib.

Bunu “Azəriqaz” İstehsalat Birliyi”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O qeyd edib ki, “Azəriqaz” debitor borc məsələsinə həssas yanaşır: ““Azəriqaz” topdan satış olaraq “Azərkontrakt”dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir”.

E.Vəliyev bildirib ki, ötən il məsələ ictimailəşdi və hökumət səviyyəsində həllini tapdı. Bu il isə hesablanan debitor borc 41 milyon manatdır. Bununla belə, “Azəristiliktəchizat” məbləğin müəyyən hissəsini mübahisələndirib. “Azəriqaz” isə borcun tam təmin edilməsində israrlıdır.

Son xəbərlər
Digər xəbərlər