9 C
Baku
Thursday, December 12, 2024

“Azərkabel” ASC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var

“Azərkabel” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Azərkabel” ASC-nin vergi borcu 1 224 192.95 manatdır. Bu 13.08.2023-cü il tarixinə qədər olan məlumatdır.

Şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rufan Əliyevdir və nizamnamə kapitalı 868 904 manatdır.

“Azərkabel” ASC Mingəçevir şəhəri H.Əliyev pr.65 ünvanında yerləşir. Qeyri dövlət müəssisəsidir. İstehsal profili – Kabel istehsalıdır. Zavodun ümumi saqhəsi 16,2 ha, istehsal sahəsi 6,41 ha təşkil edir.

Son xəbərlər
Digər xəbərlər