21 C
Baku
Thursday, April 25, 2024

“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verdi

“Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verdi.

“Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli interent xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən yararlanmağa imkan verəcək.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus” platformasının xidmətlərindən hökumət, müdafiə və təhlükəsizlik sahəsi, fövqəladə və təbii hadisələrin aradan qaldırılması zamanı, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes və sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər