Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 22,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
“Bu ilin iyul ayında “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir”, – deyə R. Hüseyn qeyd edib.
Qeyd edək ki, “Azərkosmos” cari ilin sonuna gəlirlərin 45 mln. dollara çatacağını proqnozlaşdırır.
APA