Azərbaycanın və Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Dubay Dünya Ticarət Mərkəzində (Dubai World Trade Centre) 26 min manatlıq və ya 15 min ABŞ dolları həcmində bir sərgiyə görə icarə haqqı ödəyəcək.
Banker.az-ın xəbərinə əsasən, “Azərkosmos” bu icarəni etməkdə məqsədi “Cabsat 2020” sərgisində yer almaqdır.
“Azərkosmos”un hazırkı peyk şəbəkəsi Azerspace 1 – telekommunikassiya peyki və Azersky – yerin səthinin məsafədən müşahidə peykindən ibarətdir.
Bu sərgi 2020-ci ilin 31 martında başlayıb, 2 aprelində bitəcəkdir. Sərgidə 450-dən çox brendin iştirakı gözlənilir.