2022-ci ildə dövlət büdcəsində “Azərkosmos” ASC üçün 23 milyon manat vəsait nəzərdə tutulub.
Banker.az xəbəər verir ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (nizamnamə kapitalının artırılması yolu ilə borc öhdəliklərinin tənzimlənməsi) üçün dövlət büdcəsindən 23 milyon manat alacaq.
Qeyd edək ki, 2021-ci ildə dövlət büdcəsində Azərkosmos ASC üçün 27,3 milyon manat vəsait nəzərdə tutulmuşdur.