“Azərkosmos” ilə “Auto Azərbaycan” arasında müqavilə imzalanıb.
Banker.az xəbər verir ki, müqavilədə Sedan tipli minik avtomobilinin satınalınması nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 39 min manatdır.
Bildirək ki, “Auto Azərbaycan” şirkəti 1996-cı ildən bəri fəaliyyət göstərir.
“Auto Azərbaycan” şirkəti “Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutorudur.