“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Cari ilin 9 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 16,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Sentyabr ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,4 milyon ABŞ dolları olub.
“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 9 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.