22 C
Baku
Thursday, April 25, 2024

“Azərkosmos” sədrinə iki müavin təyin edilib

“Azərkosmos” ASC-yə iki müavin təyin olunub.

“Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2018-ci il tarixli 174, 175 nömrəli sərəncamlarına əsasən Dunay Bədirxanov və Rövşən Rüstəmov “Azərkosmos” ASC-nin Sədr müavinləri vəzifələrinə təyin ediliblər.” – deyə banker.az-a daxil olan məlumatda deyilir.

“Azərkosmos” ASC Cənubi Qafqazda ilk peyk operatorudur.  “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər