Geoloji Kəşfiyyat Agentliyi “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs ilə 3.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları ərazilərində hiperspektral və məsafədən zondlama üsulları ilə Geofiziki və Geokimyəvi anomaliyaların xəritələnməsi, filiz və qeyri-filiz yataqlarının və təzahürlərinin aşkarlanması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 319 725 manatdır.