17 C
Baku
Friday, October 31, 2025

Azərkosmos-un satış coğrafiyası daralıb, satışlar düşüb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” dünyanın 41 ölkəsinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Hesabat dövründə xidmət ixracından əldə olunan gəlir qurumun ümumi gəlirlərinin 66 faizini təşkil edib.

Banker.az bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasına istinadən xəbər verir.

Öncəki ilin eyni dövründə “Azərkosmos” 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac etmişdi.

Təkcə sentyabr ayında “Azərkosmos” 35 ölkəyə 1,6 milyon ABŞ dolları məbləğində xidmət ixracı həyata keçirib. Peyk telekommunikasiya xidmətlərinin ixracı üzrə ilk beşlikdə 3,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 717,6 min ABŞ dolları ilə İsveç, 635,8 min ABŞ dolları ilə Nigeriya və 614,3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Qeyd edək ki, “Azersky” Yerin məsafədən müşahidə peyki missiyasını planlaşdırıldığından bir il əvvəl, yəni fəaliyyətinin 9-cu ilində başa çatdırdığından, optik peyk xidmətləri üzrə məlumatlar hesabatdan çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər