12 C
Baku
Monday, November 25, 2024

“Azərkosmos” sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin 1 illik sığortalanması ilə bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkiflərə sentyabrın 14-də qeyd olunan ünvanda baxılacaq. Qalib şirkət sığorta xidmətini bu il sentyabrın 26-dan başlayaraq 1 il müddətində göstərməlidir.

Son xəbərlər
Digər xəbərlər