Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsindən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (nizamnamə kapitalının
artırılması yolu ilə borc öhdəliklərinin tənzimlənməsi) üzrə xərcləri 28 milyon manat təşkil edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi ilə bağlı bir sıra məsələrlə barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Bu isə ötən il ərzində“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə ayrılan xərclərin həcmindən 1,7 dəfə azalması deməkdir.
Bildirək ki, ötən ilin büdcəsindən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətiin xərcləri 48 mln. manat təşkil edirdi.