12 C
Baku
Tuesday, March 3, 2026

“Azərkosmos” ümumi gəlirlərinin 65%-ni ixracdan qazanır

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikas iya xidmətləri ixrac edilib.

Banker.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4 min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistan qərarlaşıb

Son xəbərlər
Digər xəbərlər