2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 12.7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Bu barədə Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayında deyilir.
Bununla da Azərkosmosun gəlirləri illik müqayisədə 4.5 mln. dollar və ya 35% azdır. Ötən ilin eyni dövründə Azərkosmosun 17.2 mln. dollarlıq xidmət ixrac edib.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2023-cü ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.7 milyon ABŞ dolları ilə Lüksemburq, 1.1 milyon ABŞ dolları ilə BƏƏ, 713.2 min ABŞ dolları ilə Almaniya və 539.9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.