2018-ci ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli olaraq “Azərkosmos” ASC-yə “Rabitə” köməkçi bölməsində 55 mln. manat vəsait proqnozlaşdırılıb.
Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Sənəddə qeyd edilib ki, “Azərkosmos” ASC-dən alınan məlumata görə, “Azərspace” və “Azərsky” peyk layihələrinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınmış xarici kredit borclarının ümumi məbləği (faizlərlə birlikdə) 102 mln. 910,8 min manat təşkil edir.
ASC-nin 2018-ci ildə əldə edəcəyi gəlirlərinin borcun bağlanmasına kifayət etməməsi səbəbindən növbəti ilin dövlət büdcəsində bu məqsədlə vəsait nəzərdə tutulub.