12 C
Baku
Wednesday, December 11, 2024

“Azərkosmos”un gəliri 26% azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Banker.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib.

2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 21.7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da illik müqayisədə 26% azalma deməkdir.

2023-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 42 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Son xəbərlər
Digər xəbərlər