26 C
Baku
Friday, April 19, 2024

“Azərkosmos”un ixrac gəliri $11 mln.-a yaxın olub

2022-ci ilin yanvar-may aylarında “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə $10.8 mln. dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ini təşkil edib. 2022-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 31 ölkəsinə $2,3 mln. dəyərində xidmət ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə $2.8 mln. ilə Birləşmiş Krallıq, $2.2 mln. ilə Fransa, $1.8 mln. ilə Lüksemburq, $1.1 mln. ilə BƏƏ və $0.6 mln. ilə Pakistan qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər