2022-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 32 ölkəsinə $8.5 mln. dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ini təşkil edib. 2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə $2.3 mln. dəyərində xidmət ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə $2.2 mln. ilə Birləşmiş Krallıq, $1.7 mln. ilə Fransa, $1.5 mln. ilə Lüksemburq, $0.9 mln. ilə BƏƏ və $0.5 mln. ilə Pakistan qərarlaşıb.