2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Banker.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib.
2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərkosmos tərəfindən dünyanın 46 ölkəsinə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Belə ki, illik müqayisədə 3.5% azalıb.