11 C
Baku
Wednesday, December 11, 2024

“Azərkosmos”un ixracdan qazancı azalıb

2023-cü ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5.4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Banker.az xəbər verir ki, “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6.2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da illik müqayisədə 13% azalma deməkdir.

2023-cü ilin mart ayında isə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 39 ölkəsinə 1.8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Son xəbərlər
Digər xəbərlər