“Azərkosmos” ASC 2022-ci ili 1 milyon 419 min manat mənfəətlə başa vurub. 2021-ci ili isə “Azərkosmos” 14 milyon 528 min manat mənfəətlə tamamlamışdır ki, bu da illik müqayisədə 10.2 dəfə azalma deməkdir.
Banker.az bu barədə “Azərkosmos”un maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ildə “Azərkosmos”un gəlirləri 49 milyon 548 min manat, xidmətlərin maya dəyəri 45 milyon 137 min manat, ümumi və inzibati xərcləri 14 milyon 393 min manat, maliyyə xərcləri 15 milyon 233 min manat, maliyyə gəlirləri 7 milyon 393 min manat təşkil edib.
31 dekabr 2022-ci il tarixinə “Azərkosmos”un cəmi aktivləri 508 milyon 615 min manat olub ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 8% azalma deməkdir.
Şirkətin kapitalı 32 milyon 722 min manatdan 146 milyon 554 min manata çatıb, öhdəlikləri isə 521 milyon 735 min manatdan 362 milyon 62 min manata düşüb.