İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib.
Məlumat verilib ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.
Qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən 7,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilmişdi.