Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatına əsasən, şirkətin gəliri ötən illə müqayisədə 25,5% artaraq 327.58 milyon manata çatıb.
Banker.az xəbər verir ki, bu illik audit hesabata istinadən xəbər verir.
2023-cü ildə 260.96 milyon manat gəlir əldə edilmişdi.
Əməliyyat mənfəəti 71,5% artaraq 61,08 milyon manat olub, halbuki ötən il bu göstərici 35,5 milyon manat idi.
Xalis maliyyə gəliri 1.11 milyon manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 64,2% artım deməkdir. Vergidən əvvəlki mənfəət 72% artaraq 62,19 milyon manat, vergi sonrası xalis mənfəət isə 61,81 milyon manat olub – bu da illik müqayisədə 72,7%-lik artıma bərabərdir.
Balans göstəricilərinə görə, şirkətin aktivləri 2024-cü ildə 115,07 milyon manata yüksəlib ki, bu da ötən illə müqayisədə 19,0% artım deməkdir. Cari aktivlər 6,2%, uzunmüddətli aktivlər isə 47,1% artaraq müvafiq olaraq 70,42 milyon və 44,65 milyon manata çatıb.
Bölüşdürülməmiş mənfəət 32,8% artaraq 38,63 milyon manat olub. Cəmi kapital 9,3 milyon manat və ya 32,2% artaraq 38,83 milyon manata yüksəlib. Cəmi öhdəliklər isə 76,24 milyon manat təşkil edib ki, bu da 13,2% artım deməkdir.
2021-ci ildə “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A. Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B. V.” şirkətinə idarəetməyə verilib.