İqtisadiyyat Nazirliyi yanında “Azərloterea” ASC 2018-ci ildə satışdan gəlirləri 40,552 mln manat olub ki, bu da 2017-ci illə müqayisədə 2018-ci ildə 55 % artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azərlotoreya”nın satışdan maya dəyəri 36,907 mln manat, əvvəlki ilə nisbətən 45 % çox olub.
“Azərlotereya” ASC 2018-ci ili 3,231 mln. manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə bu şirkətin xalis mənfəəti 1,22 mln manat olub. Belə ki, 2018-ci ildə “Azərlotereya”-nın xalis mənfəəti 2,6 dəfə artıb.
Bildirək ki, “Azərlotereya”-nın ötən ildə cəmi aktivləri 12,035 mln manat təşkil edib. 2017-ci ildə cəmi aktivlər isə 9,376 mln manat olub . Belə ki, ötən il “Azərlotereya”-nın cəmi aktivləri 2017-ci illə müqayisədə 28 % artıb.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.